Tarixin devrilən prezidentləri: Siyasi süqutların xronikası


Dünya 08 Yan 2026 13:47:00 82 0

Tarixin devrilən prezidentləri: Siyasi süqutların xronikası

Tarix sübut edir ki, heç bir hakimiyyət əbədi deyil. Xalq etirazları, hərbi çevrilişlər, iqtisadi böhranlar və xarici müdaxilələr nəticəsində bir çox prezident və liderlər vəzifəsindən devrilib. Bu hadisələr bəzən demokratiyaya keçid, bəzən isə uzunmüddətli xaos və münaqişələrlə nəticələnib.

Bu xəbəri də oxu: Trampdan Venesuela açıqlaması

Son hadisələrlə diqqət mərkəzinə gələn Venesuela prezidenti Nikolas Maduro Moros bu siyahıya daxil olub. Maduro 2013-cü ildən bəri Venesuelaya rəhbərlik etmişdi və 2025-ci ildə üçüncü dəfə prezidentlik andı içmişdi. Lakin 2026-cı il yanvarın 3-də keçirilən ABŞ xüsusi təyinatlıları əməliyyatı nəticəsində o və həyat yoldaşı Cilia Flores ələ keçirilib və ölkədən çıxarılıb.

 

Maduro ABŞ məhkəməsində cinayət ittihamları ilə üzləşir. Bu hadisə ölkənin tarixində devrilmiş prezidentlər kateqoriyasına daxil edilir və beynəlxalq münasibətlərdə geniş rezonans doğurur.

Bəs, tarix boyu hansı ölkə prezidentləri vəzifəsindən devrilib?

Zinəl Abidin Ben Əli (Tunis) 2011-ci ildə "Ərəb Baharı" dalğası ilə başlayan kütləvi etirazlar nəticəsində 23 illik hakimiyyət sona çatdı. Ben Əli ölkəni tərk etdi və Tunis regionda nisbətən uğurlu siyasi keçid yaşayan nadir ölkələrdən biri oldu.

Hüsnü Mübarək (Misir) 30 ilə yaxın hakimiyyətdə olan Mübarək 2011-ci ildə milyonlarla insanın qatıldığı etirazlardan sonra istefa verdi. Onun devrilməsi Misirdə siyasi sistemin köklü dəyişməsinə yol açdı.

Muəmmər Qəddafi (Liviya) 2011-ci ildə vətəndaş müharibəsi və NATO-nun müdaxiləsi nəticəsində devrildi və öldürüldü. Qəddafinin süqutu Liviyada dövlət institutlarının dağılmasına və uzunmüddətli qeyri-sabitliyə səbəb oldu.

Bəşər Əsəd (Suriya) Suriya prezidenti Bəşər Əsəd 2011-ci ildə başlayan xalq etirazları fonunda hakimiyyətini qorumaq üçün sərt hərbi tədbirlərə əl atdı. Etirazların vətəndaş müharibəsinə çevrilməsinə baxmayaraq, Əsəd rejimi Rusiya və İranın dəstəyi ilə uzun müddət hakimiyyətdə qaldı. 2024-cü il noyabrın 27-də "Heyət Təhrir əş-Şam" müxalifət birliyi genişmiqyaslı və sürətli hücuma keçib. "Heyəti Təhrir əl-Şam" silahlıları, onların müttəfiqləri olan Azad Suriya ordusu ilk günlərdə Suriyanın ən böyük şəhərləri Hələb və İdlibi, daha sonra Həma və Xümsü ələ keçirib. Dekabrın 8-də isə silahlı müxalifət Dəməşqə daxil olub və Əsəd rejiminə son qoyub. Bəşər Əsəd ailəsi ilə Moskvaya qaçıb və Rusiyadan sığınacaq alıb.

Viktor Yanukoviç (Ukrayna) 2014-cü ildə Avropa İttifaqı ilə yaxınlaşmadan imtina etməsi "Meydan" etirazlarına səbəb oldu. Yanukoviç ölkəni tərk etdi və parlament tərəfindən vəzifəsindən kənarlaşdırıldı.

Slobodan Miloşeviç (Serbiya/Yuqoslaviya) 2000-ci ildə seçkilərin saxtalaşdırılmasına qarşı etirazlar nəticəsində devrildi və sonradan Haaqa tribunalına təhvil verildi.

Alberto Fucimori (Peru) Korrupsiya qalmaqalları səbəbilə 2000-ci ildə istefa verdi və sonradan məhkum edildi.

Fidan Son.az

Bloqerin öz istehsal etdiyi helikopter SONU OLDU like
  • 08 Yan 13:30  
Dünya Bloqerin öz istehsal etdiyi helikopter SONU OLDU

Çində bir məzmun yaradıcısı öz dizayn etdiyi helikopterlə TikTok-da canl

arrow Ətraflı
Elşad Xose həbs olundu like
  • 08 Yan 13:24  
Şou-biznes Elşad Xose həbs olundu

Məşhur reper Elşad Xose həbs olunub.

arrow Ətraflı
"Pişiyəitə çəkdiyiniz sığalı ərinizə də çəkin" like
  • 08 Yan 13:15  
Şou-biznes "Pişiyəitə çəkdiyiniz sığalı ərinizə də çəkin"

Bəzi xanımlar ərini heyvandan da aşağı görürlər”

arrow Ətraflı
34 yaşlı kişi əməliyyatda ÖLDÜ like
  • 08 Yan 13:14  
Digərləri 34 yaşlı kişi əməliyyatda ÖLDÜ

Masallıda 34 yaşlı kişi xəstəxanada ölüb.

arrow Ətraflı
Sabah qar yağacaq like
  • 08 Yan 13:10  
Digərləri Sabah qar yağacaq

Yanvarın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Razi Nurullayev: "Deputat Əhəd qardaşımdan 1 milyon aldı, hələ də vermir" like
  • 08 Yan 13:01  
Digərləri Razi Nurullayev: "Deputat Əhəd qardaşımdan 1 milyon aldı, hələ də vermir"

"Rusiya-Ukrayna müharibəsindən sonra qardaşlarım Azərbaycana gəlib v

arrow Ətraflı
Sürücülərə xəbərdarlıq: Parklanmada buna diqqət etməsəniz, cərimə qaçılmazdır like
  • 08 Yan 13:00  
Digərləri Sürücülərə xəbərdarlıq: Parklanmada buna diqqət etməsəniz, cərimə qaçılmazdır

Avtomobili ödənişli parkinq yerində saxlama müddəti 24 saatdır. Bu müdd�

arrow Ətraflı
Dələduz SMM like
  • 08 Yan 12:57  
Kriminal Dələduz SMM

Özünü sosial media meneceri kimi təqdim edərək müxtəlif mağaza və obye

arrow Ətraflı
İranda Qasım Süleymaninin abidəsi yandırıldı like
  • 08 Yan 12:50  
Dünya İranda Qasım Süleymaninin abidəsi yandırıldı

İranda davam edən etiraz aksiyaları zamanı İran İslam İnqilabı Keşikçi

arrow Ətraflı
Prezidentin dediyi 10 metro stansiyası bu ərazilərdə tikiləcək  Yerlər AÇIQLANDI like
  • 08 Yan 12:40  
Digərləri Prezidentin dediyi 10 metro stansiyası bu ərazilərdə tikiləcək Yerlər AÇIQLANDI

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində toxunduğu məsəl

arrow Ətraflı
"Xaləddin İsgəndərov məndən 400 min manat pul alıb” like
  • 08 Yan 12:40  
Digərləri "Xaləddin İsgəndərov məndən 400 min manat pul alıb”

"Mərhum Vergilər Naziri Fazil Məmmədovun qohumu Binəqədi Rayonunun sa

arrow Ətraflı
5 ilin “Mercedes”i yanıb kül oldu, sahibi şikayətçidir like
  • 08 Yan 12:27  
Digərləri 5 ilin “Mercedes”i yanıb kül oldu, sahibi şikayətçidir

Ötən ilin 12 iyul tarixində Tovuz rayonunun Kirən kəndində avtomobili yan

arrow Ətraflı
Dələduzluqda iitiham edilən SMM polis tərəfindən saxlanılıb like
  • 08 Yan 12:20  
Digərləri Dələduzluqda iitiham edilən SMM polis tərəfindən saxlanılıb

Dələduzluqda iitiham edilən SMM polis tərəfindən saxlanılıb.

arrow Ətraflı
"Kişi niyə belimdən tutmalıdır ki?” like
  • 08 Yan 12:15  
Şou-biznes "Kişi niyə belimdən tutmalıdır ki?”

"Tanımadığım kişilərlə əl verib görüşmürəm"

arrow Ətraflı