Bərdədə 16 yaşlı qız qaçırılıb


Sosial 05 Fev 2018 01:05:15 348 0

Bərdədə 16 yaşlı qız qaçırılıb

2002-ci il təvəllüdlü qız tanımadığı şəxs tərəfindən qaçırılıb

Bərdə rayonunda 16 yaşlı qız qaçırılıb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Lənbərən kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü M. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. Onun atası Bərdə Rayon Polis Söbəsinə müraciət edib. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O, qeyd edib ki, övladı yetkinlik yaşına çatmayıb və məktəblidir.

M.Hacıyevanın atası həmçinin şikayətini qızının zorla qaçırılması ilə əsaslandırıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tədbirlər görülür.