Bu kollecə yeni təyinat olub
Digərləri 07 Yan 2026 11:06:00 111 0
Şamaxı Dövlət Regional Kollecinə direktor müavini vəzifəsinə təyinat olub.
Bu xəbəri də oxu: Bakıda bu restoranlarda “dəvə qutabı” menyudan ÇIXARILDI
Son.az xəbər verir ki, təyinat Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi sədrinin müvafiq əmrinə əsasən baş tutub.
Sözügedən vəzifəyə Vasif Müslümov təyin olunub. Ona, həmçinin direktor vəzifəsinin icrası həvalə edilib.
Yeni təyinatla bağlı kollecdə keçirilən təqdimat mərasimində agentliyin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov Vasif Müslümovu kollektivə təqdim edib.
Vasif Müslümov ali təhsilini Bakı Dövlət Universitetində tətbiqi riyaziyyat və kibernetika ixtisası üzrə alıb. Əmək fəaliyyətinə 1994-cü ildə Azərbaycan Dillər Universitetində müəllim kimi başlayıb, daha sonra həmin universitetdə müəllim, baş müəllim, dekan müavini və kafedra müdiri vəzifələrində çalışıb. 2010-2025-ci illərdə Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə ekspert kimi fəaliyyət göstərib. Vasif Müslümov fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir və 52 elmi-metodiki əsərin müəllifidir.
Asya Millli.Az
Qusar rayonunda 3 nəfər dəm qazından zəhərlənib.
Paytaxtın Nəsimi rayonu 3-cü mikrorayon dairəsi ətrafında parking yaradı
Venesueladakı müvəqqəti hakimiyyət 30-50 milyon barel yüksək keyfiyyətli
Əməkdar artist Elton Hüseynəliyev bir müddət əvvəl sərt tənqid etdiyi
Dünyanın ən populyar mesajlaşma tətbiqlərindən biri olan "WhatsApp&q
Biləsuvar rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fa
Dünən paytaxtın Sabunçu rayonunda ağır yol qəzası baş verib.
Yanvarın 5-i Salyanda baş vermiş ağır qəzada həlak olan 3 nəfərin fotol
"Space TV"də yayımlanan "Gəl danış" verilişində apar�
Venesuelanın vitse-prezidenti Delsi Rodriges ölkəni və prezident Nikolas Mad
Hazırda ölkənin bəzi ərazilərində dumanlı hava şəraiti müşahidə olu
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
"Nestle" şirkəti Avropada körpə qidaları ilə bağlı genişmiqya
