Bakıda oğul atasını bıçaqlayaraq qətlə yetirib, sonra meyitini yandırıb


Sosial 03 Fev 2018 11:40:16 272 0

Bakıda oğul atasını bıçaqlayaraq qətlə yetirib, sonra meyitini yandırıb

Hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib

Bakıda oğul atasını bıçaqlayaraq qətlə yetirib, sonra meyitini yandırıb.

“Report”un xəbərinə görə, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində baş verib. 

Qəsəbədə yaşayan Azər Əliyev adlı şəxsə aid ev yanıb. Həmin evdə onun qardaşı, 1961-ci il təvəllüdlü İbrahim Əliyevin meyiti aşkarlanıb. Araşdırma zamanı İ.Əliyevin yanmazdan əvvəl bıçaqlandığı məlum olub. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun oğlu 21 yaşlı Elməddin Əliyev, həmçinin 42 yaşlı Vəlican Dadaşov və 26 yaşlı Nəcməddin Vəliyev tutulub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.