Azərbaycanda problemli kreditlər dekabrda kəskin azalıb


Sosial 02 Fev 2018 15:50:09 277 0

Azərbaycanda problemli kreditlər dekabrda kəskin azalıb

Bu rəqəm bu il yanvarın 1-nə 1 626,7 mln. manat təşkil edib

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il yanvarın 1-nə 1 626,7 mln. manat təşkil edib.

“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 263,6 mln. manat və yaxud 13,95% azdır.

2017-ci ilin əvvəlinə nisbətən isə problemli kreditlər 154,1 mln. manat və yaxud 10,46% artıb.

Ötən ilin sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 13,84% təşkil edib. Bu nisbət ötən il noyabrın sonuna 15,46%, ötən ilin əvvəlinə isə 8,95% olub.