Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Siyasət 05 Yan 2026 23:33:00 86 0
Əgər biz doğrudan da elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq.
Bu xəbəri də oxu: İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
İnkişaf etmiş ölkələrin inkişafının neftlə, qazla yox, ancaq zəka, ağıl, təhsil və elmlə bağlı olduğunu vurğulayan dövlətimizin başçısı son 20 ildə Azərbaycanda yeni ali təhsil müəssisəsinin yaradıldığını qeyd edərək deyib: "Bu, dövlətin niyyətidir, dövlətin siyasətidir. Təhsilin keyfiyyətinin, müəllimlərin sosial təminatının və peşəkarlığın artırılması, test sistemi və sair. Bütün bu amillər bir məqsəd güdür ki, cəmiyyət savadlı və bilikli olsun. Ancaq o halda biz uzunmüddətli inkişafa nail ola bilərik. Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik". Son.az
ABŞ-nin hərbi əməliyyatı nəticəsində ələ keçirilərək Nyu-Yorka apar
Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və biz
Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığım�
İlin ilk Nazirlər Kabineti iclasından sonra açıqlama verən Türkiyə prez
Həcm və coğrafiya baxımından bizim qaz ixracımız artır. Biz indiyədək
Müğənni Fədayə Laçın izləyicilərindən birinin ona yazdığı mesajı p
Biz Bakının tarixi memarlıq ansamblını dəyişdirə bilmərik. Yol-nəqliyy
ABŞ-nin hərbi əməliyyatı nəticəsində həbs edilərək ABŞ-yə gətiril�
Günəş və külək elektrik stansiyalarının xəritəsi təsdiqlənib, həm q
Təkərdə balon və ya qabarıq təkərin yan divarında hava qatlarının ar
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Qəzza z
Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işlə
ABŞ ordusuna məxsus "Delta Force" xüsusi təyinatlıları Venesuell
Evdə bəzi cihazlar cərəyan mənbəyindən tam ayrılmadığı halda elektrik
Naxçıvanı Türkiyə ilə də birləşdirə biləcək dəmir yolu mütləq olm
