Prezident: Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik
Siyasət 05 Yan 2026 22:54:00 109 0
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Qəzza zolağında mümkün beynəlxalq missiyalarda Azərbaycanın iştirakı ilə bağlı yayılan məlumatlara da münasibət bildirib.
Bu xəbəri də oxu: İlham Əliyev və Qarabağ: bitən müharibə və dünyaya məcbur tanınan sülh
Son.az AZƏRTAC-a istinadən bildirir ki, dövlətimizin başçısı bu məsələdə kimin mandat verəcəyi və onun necə olacağının indiyədək aydın olmadığını qeyd edərək, Azərbaycanın "peace enforcement" əməliyyatlarında iştirak etməyi nəzərdə tutmadığını vurğulayıb.
"Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur", - deyən dövlətimizin başçısı bildirib ki, biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik. "Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir". Son.az
Təəssüf ki, beynəlxalq hüququn norma və prinsipləri faktiki olaraq işlə
ABŞ ordusuna məxsus "Delta Force" xüsusi təyinatlıları Venesuell
Evdə bəzi cihazlar cərəyan mənbəyindən tam ayrılmadığı halda elektrik
Naxçıvanı Türkiyə ilə də birləşdirə biləcək dəmir yolu mütləq olm
Mərkəzi Afrika Respublikasının ərazisində yerləşən Rusiya hərbi qüvv�
"Rusiya ABŞ-ın Venesuelaya qarşı beynəlxalq təcavüz aktını pisləy
İşğaldan azad edilən bölgəni bir-biri ilə bağlamaq bizim əsas vəzifəm
Bəzən maaş tez bitir, ayın axırına qədər çatdırmaq olmur. Səbəbi
Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyay�
Meyxana ustası Namiq Məna 2 gün əvvəl Qubada qızının ailəsi ilə birlik
Ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qə
Əksər insanlar tualetdəki pis qoxuları yox etmək üçün bahalı hava təra
Azərbaycanın hədəflərindən biri də regional Süni Zəka qovşağına, İT
Azərbaycan ilə Çin arasında bir il ərzində strateji, sonra isə hərtərə
Dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə
