Prezident: Bizim bütün siyasətimiz həm sosialyönümlü, həm də investisiyayönümlüdür
Siyasət 05 Yan 2026 22:05:00 106 0
Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır.
Bu xəbəri də oxu: İlham Əliyev və Qarabağ: bitən müharibə və dünyaya məcbur tanınan sülh
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Azərbaycanın iqtisadi islahatlar həyata keçirərək, neft-qaz layihələrini icra edərək əldə edilən gəlirləri sosial sahəyə yönəltdiyini vurğulayan dövlətimizin başçısı deyib: "İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi, ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur".
Vaxtilə bu sahədə olan pozuntuların, ədalətsizliklərin aradan qaldırıldığını, şəffaf mexanizmin tətbiq olunduğu qeyd edən Azərbaycan Prezidenti bildirib: "Bu, bizə imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir". Son.az
Meyxana ustası Namiq Məna 2 gün əvvəl Qubada qızının ailəsi ilə birlik
Ötən il biz həm də qızıl ehtiyatlarımızı artırmaq üçün strateji qə
Əksər insanlar tualetdəki pis qoxuları yox etmək üçün bahalı hava təra
Azərbaycanın hədəflərindən biri də regional Süni Zəka qovşağına, İT
Azərbaycan ilə Çin arasında bir il ərzində strateji, sonra isə hərtərə
Dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə
Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi bu gün təkcə
D-8 təşkilatına üzv olmağımızı çox böyük nailiyyət kimi qiymətlənd
Hesab edirəm ki, böyük əhəmiyyət daşıyan hadisələrdən biri də bizim
Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyət tamamilə d�
Co Bayden 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göst�
Rusiyada alimlər 2 il ərzində onkoloji xəstəliklərin sürətli müəyyən
Azərbaycan-Amerika münasibətlərinin kontekstində də 2025-ci il tarixi il s
