Ağstafada yük avtomobili 29 yaşlı qadını vurub


Sosial 30 Yan 2018 23:14:31 260 0

Ağstafada yük avtomobili 29 yaşlı qadını vurub

Faktla bağlı araşdırma aparılır

Bakı-Qazax yolunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafa rayon Qırlı kənd sakini, 1989-cu il təvəllüdlü İlahə Şəhvələt qızı Sadıqova yolu keçən zaman yük maşını (TIR) tərəfindən vurulub. Piyada müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, avtomobil Türkiyəyə yük aparırmış.

Faktla bağlı araşdırma aparılır.