Rəhim Qazıyevin anası 96 yaşında vəfat edib


Sosial 30 Yan 2018 11:04:46 323 0

Rəhim Qazıyevin anası 96 yaşında vəfat edib

O, Şəkidə dəfn ediləcək

Azərbaycanın sabiq müdafiə naziri Rəhim Qazıyevin anası Libadə Qazıyeva 96 yaşında vəfat edib.

“Report”un xəbərinə görə, o, Şəki şəhərində dəfn ediləcək.

Qeyd edək ki, R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycanın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə vətənə xəyanətdə ittiham edilərək barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.