Bakıda qonşusunu bıçaqlayan şəxsə hökm oxunub


Sosial 29 Yan 2018 15:58:13 247 0

Bakıda qonşusunu bıçaqlayan şəxsə hökm oxunub

Təqsirləndirilən şəxs son sözlə çıxış edərək peşman olduğunu deyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirli bilinən 1994-cü il təvəllüdlü Nəsib Əhmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

"Report"un məlumatına görə, hakim Rahib Salamovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. 

O, N.Əhmədovun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxs son sözlə çıxış edərək peşman olduğunu deyib.

Məhkəmənin hökmü ilə N.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il Bakıda Heydər Əliyev prospktində yeraltı keçinin yaxınlığında baş verib. N.Əhmədov qonşusu Heybət Əliyevə evinin qabağında uşaqlarla duraraq, yüksəkdən danışmasına etiraz edib. Qonşusu isə buna məhəl qoymayıb. Daha sonra tərəflər arasında münaqişə qanlı hadisə ilə nəticələnib. 

N.Əhmədov münaqişə zəminində qonşusu H.Əliyevə 4 bıçaq zərbəsi zərbəsi endirib. Yaralının həyatını xilas etmək mümkün olub.

N.Əhmədov isə polis tərəfindən saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zəbə vurma) maddəsi ilə ittiham irəli sürülüb.