Balakəndə narkotik maddə satan 3 nəfər saxlanılıb


Sosial 29 Yan 2018 12:33:50 260 0

Balakəndə narkotik maddə satan 3 nəfər saxlanılıb

Faktla bağlı cinayət işi başlanılıb

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qazma kənd sakinləri Yusif Mirəliyev, Təbriz Hüseynov və Rauf Davudov narkotik vasitə satarkən saxlanılıblar. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baxış zamanı onlardan satmaq istədikləri və üzərlərində olan marixuana götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Y.Mirəlyevin yaşadığı evə baxış keçirilib. Oradan 24 qram marixuana və çətənə kolu, habelə müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi və 5 ədəd patron aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.