ABŞ-da şərqi kuquar nəsli kəsilmiş hesab edilib


Sosial 29 Yan 2018 03:52:26 343 0

ABŞ-da şərqi kuquar nəsli kəsilmiş hesab edilib

Bunu 1938-ci ildən aparılan müşahidələr sübut edir

Şərqi kuquar (puma) Amerikanın vəhşi heyvanların federal siyahısından çıxarılaraq nəsli kəsilmiş hesab edilib.

“Report” xəbər verir ki, müvafiq qərar ABŞ hökumətinin gündəlik jurnalında dərc olunub.

Şərqi kuquar əldə edilən elmi və kommersiya məlumatları əsasında nəsli kəsilmiş hesab edilib. Bildirilir ki, 1938-ci ildən bu günə qədər aparılan müşahidələr nəticəsində bu yarımnövün tək nümayəndələrinin və ya populyasiyasının mövcudluğuna sübut tapılmayıb.