Vəkillər Kollegiyasına üzv namizədlər üçün tеst imtаhаnının nəticələri elan edilib - YENİLƏNİB-2


Sosial 28 Yan 2018 18:26:00 313 0

Vəkillər Kollegiyasına üzv namizədlər üçün tеst imtаhаnının nəticələri elan edilib - YENİLƏNİB-2

Namizədlərdən 607 nəfəri 60 və daha yüksək bal toplayaraq müsahibəyə buraxılıb

Dövlət İmtahan Mərkəzi (DİM) Vəkillər Kollegiyası ilə birgə 2018-ci il yanvarın 28 də Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən "Report"a verilən məlumata görə, imtahan bütün binalarda saat 11:00-da başlayıb və 3 saat ərzində aparılıb.

İmtahanın nəticələri saat 18:05-dən etibarən Vəkillər Kollegiyasının və Dövlət İmtahan Mərkəzinin internet saytında elan edilib.

İmtahanda iştirak etmək üçün 1966 namizəd qeydiyyatdan keçib. 93 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək – 60 və daha yüksək bal toplayaraq ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Ən yüksək nəticə 90 bal olub.

***15:07

Bakı. 28 yanvar.