Şamaxıda 32 yaşlı qadın intihara cəhd edib


Sosial 27 Yan 2018 12:32:46 246 0

Şamaxıda 32 yaşlı qadın intihara cəhd edib

Faktla bağlı araşdırma aparılır

Şamaxı rayonunda 32 yaşlı qadın intihara cəhd edib.

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Çarhan kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü C.S. (ad və soyad şərtidir) sirkə turşusu içərək intihara cəhd edib. O, yaxınları tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstənin mədəsi yuyulub, hazırda Reanimasiya şöbəsində müalicə alır. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.