Bakıda dairədə gənc oğlanı avtomobil vurub


Sosial 27 Yan 2018 03:53:46 238 0

Bakıda dairədə gənc oğlanı avtomobil vurub

Hadisə 4-cü mikrorayon dairəsində baş verib

Paytaxtın Nəsimi rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, 4-cü mikrorayon dairəsindən keçmək istəyən 1991-ci il təvəllüdlü Məmmədov Valeh Vaqif oğlunu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.