Talassemiya Mərkəzi büdcədən maliyyələşən müəssisələr siyahısından çıxarılıb


Sosial 23 Yan 2018 00:48:07 366 0

Talassemiya Mərkəzi büdcədən maliyyələşən müəssisələr siyahısından çıxarılıb

Talassemiya Mərkəzi Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki tibbi mərkəzlər və birliklər bölməsindən çıxarılıb

Nazirlər Kabineti "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nda dəyişikliklər edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Qəzara əsasən Talassemiya Mərkəzi Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki tibbi mərkəzlər və birliklər bölməsindən çıxarılıb. Mərkəz publik hüquqi şəxs statusunda nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına salınıb.