Yevlaxda qadın piyadanı avtomobil vurub


Sosial 22 Yan 2018 08:39:05 253 0

Yevlaxda qadın piyadanı avtomobil vurub

Yaralı xəstəxanaya yerləşdirilib

Yevlaxda yolu keçmək istəyən 2 piyadadan birini maşın vurub.

"Report"un yerli bürosunun məlumatına görə, rayonun Aran qəsəbəsində 2 qadın işə gedən zaman onlardan birini, 1969-cu il təvəllüdlü Rühangiz Mahmud qızı Məmmədovanı avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib vəziyyətinin orta-ağır olduğu bildirilib. Digər piyada isə qəzanın şokundan özünü piss hiss etdiyindən ambulator yardım alıb.

Faktla bağlı araşdırma aparılır.