Masazırda 3 yaşlı uşaq binanın 6-cı mərtəbəsindən yerə yıxılıb


Sosial 20 Yan 2018 03:24:32 291 0

Masazırda 3 yaşlı uşaq binanın 6-cı mərtəbəsindən yerə yıxılıb

Azyaşlı otla örtülü torpaq qatının üzərinə düşdüyündən sağ qalıb

Abşeron rayonunun Masazır qəsəbəsində bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, 2014-cü il təvəllüdlü Ağayev Əlimurad Nicat oğlu yaşadığı binanın 6-cı mərtəbəsindən yerə yıxılıb.

Azyaşlı otla örtülü torpaq qatının üzərinə düşdüyündən sağ qalıb. Yaralı əvvəlcə

1 saylı Kiliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin vəziyyəti orta-ağır olduğundan sonradan Bakıdakı özəl klinikalardan birinə köçürülüb.