Bakıda maşın qaçıran şəxs qəza törədib, 1 nəfər ağır yaralanıb - FOTO


Sosial 19 Yan 2018 22:45:41 251 0

Bakıda maşın qaçıran şəxs qəza törədib, 1 nəfər ağır yaralanıb - FOTO

"Opel" markalı maşın iki avtomobillə toqquşub

Bakının Yasamal rayonunda üç maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, Şərifzadə küçəsi ilə hərəkətdə olan "10-ZL-176" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil idarəetməni itirərək maneəni aşıb və qarşı yola çıxıb.

Nəticədə "Opel" öncə "90-GE-822" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilə, ardınca isə başqa bir "Opel"ə çırpılıb. Qəza zamanı "Mercedes"in sürücüsü baş nahiyəsindən ağır xəsarət alıb.

Qəzaya səbəb olan şəxsin sürücülük hüququnun omadığı və maşını qardaşı Tərlan Cavadovdan qaçırdığı müəyyən edilib.