Prokuror azərbaycanlı qadınları Dubaya aparan şəxsə cəza istəyib
Sosial 19 Yan 2018 16:49:02 252 0
Məhkəmənin növbəti prosesi yanvarın 26-na təyin edilib
"Report"un məlumatına görə, hakim Tamilla Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Sabir Abdinov çıxış edib.
Prokuror çıxışında V.Mürşüdovanın 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti prosesi yanvarın 26-na təyin edilib.
Qeyd edək ki, ötən V.Mürşüdovanın barəsində Cinayət Məcəlləsin 144-1.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən insan alveri törədildikdə) maddəsi ilə axtarış elan edilib. 2017-ci il sentyabr ayının 22-də o, Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarını tərəfindən həbs edilib. İstintaq dövründə cinayət işi üzrə iki zərərçəkmiş qadın tanınıb. Məlum olub ki, həmin qadınlar V.Mürşüdova tərəfindən Dubaya aparılaraq cinsi istismara məruz qalıb.