Qazaxda iki top mərmisi tapılıb


Sosial 19 Yan 2018 15:09:45 233 0

Qazaxda iki top mərmisi tapılıb

Aşkar olunan mərmilərin ətrafında 220 kv.m əraziyə yerüstü baxış keçirilib

Qazax rayonunda iki top mərmisi taplıb. 

Bu barədə "Report"a Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. 

Bildirilib ki, bu gün FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Qazax rayonu, Alpout kəndi ərazisində 2 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. 

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunan ərazidə 1 otlaq sahəsinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 2 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunan mərmilərin ətrafında 220 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.