Xızı sakini özünü bıçaqlayaraq intihara cəhd edib


Sosial 19 Yan 2018 10:25:02 239 0

Xızı sakini özünü bıçaqlayaraq intihara cəhd edib

Əməliyyat olunan şəxsin vəziyyəti ağır olaraq qalır

 Xızı rayonunda yerli sakini özünü bıçaqlayaraq intihara cəhd edib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun "Yaşma" stansiyası ərazisində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Emil Mail oğlu Dadaşov yaşadığı ərazidə ürəyinə 1 bıçaq zərbəsi vurmaqla intihara cəhd edib.

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.