Ötən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt”ə daxil olan müraciətlər əsasında 23 cinayət işi başlanıb


Sosial 17 Yan 2018 10:19:04 299 0

Ötən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt”ə daxil olan müraciətlər əsasında 23 cinayət işi başlanıb

Mərkəzə 4183 müraciət daxil olub

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 4183 müraciət daxil olub.

“Report”un xəbərinə görə, bunu baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2017-ci ildə görülən işlərin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, 2016-cı illə müqayisədə ötən il “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərin sayı 1309 vahid (23,8%) azalıb: ““ASAN xidmət” mərkəzlərinin fəaliyyət coğrafiyasının daha da genişlənməsi və göstərilən xidmət növlərinin sayının artması ilə əlaqədardır. “Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlər əsasında 23 cinayət işi başlanıb, həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulan hüquqları bərpa edilərək aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib”.