Bakıda binada yanğın zamanı 1 nəfər azyaşlı tüstüdən zəhərlənib


Sosial 17 Yan 2018 01:33:31 266 0

Bakıda binada yanğın zamanı 1 nəfər azyaşlı tüstüdən zəhərlənib

2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə 1 nəfər azyaşlı tüstüdən zəhərlənib və 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.

Ümumi sahəsi 97 m2 olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 28 m2 sahədə yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın zöndürülüb.