Tərtərdə inək yaşlı qadını vuraraq ona ağır xəsarət yetirib


Sosial 17 Yan 2018 01:14:49 327 0

Tərtərdə inək yaşlı qadını vuraraq ona ağır xəsarət yetirib

Hadisə rayonunun Burunc kəndində baş verib

Tərtər rayonunun Burunc kəndində 55 yaşlı qadını iribuynuzlu heyvan vurub.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə 1963-cü il təvəllüdlü kənd sakini Bayramova Kifayət Əli qızı şəxsi təsərrüfatında heyvanları yemləyərkən baş verib.

Qarın boşluğundan ciddi xəsarət alan yaralı yaxınlarının köməkliyi ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan qadın, daha sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilərək əməliyyat olunub. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.