Bakıda barda kütləvi dava olub, bıçaqlananlar var


Sosial 15 Yan 2018 03:10:45 328 0

Bakıda barda kütləvi dava olub, bıçaqlananlar var

Nizami Rayon Polis İdarəsindən bildirilib ki, dava zamanı 5 nəfər bıçaq xəsarəti alıb

Bakıda barda kütləvi dava olub.

"Report" xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.

Nizami Rayon Polis İdarəsindən "Report"a verilən məlumata görə 8-ci kilometr qəsəbəsində yerləşən barda baş vermiş kütləvi dava zamanı 5 nəfər xəsarət alıb.

Belə ki, kütləvi dava zamanı 1987-ci il təvəllüdlü Eyvazov Əfqan Həsrət oğlu (sol qolunun kəsilmiş yarası), 30 yaşlı Əsədova Esmira Telman qızı ( təpə nahiyəsinin kəsilmiş yarası) və Mirzəyeva Türkan adlı qadın (hər iki qolunun kəsilmiş yarası) aldığı xəsarətlərlə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib, Nizami rayonu ərazisində yerləşən poliklinikalardan birinə aparılıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisənin baş verdiyi gecə klubuna cəlb edilib. İki nəfər şübhəli şəxs kimi saxlanılıb.