Bakıda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb


Sosial 15 Yan 2018 02:28:50 294 0

Bakıda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, sürücüsü hələlik müəyyənləşdirilməyən avtomobil Binəqədi qəsəbəsində 1985-ci il təvəllüdlü Ələkbərov Ceyhun Qılınc oğlunu vurub. Nəticədə o, qapalı kəllə-beyin travması alıb.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.