Bakıda orta yaşlı kişi 9 bıçaq zərbəsi ilə qətlə yetirilib


Sosial 15 Yan 2018 00:06:12 275 0

Bakıda orta yaşlı kişi 9 bıçaq zərbəsi ilə qətlə yetirilib

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır

Bakıda orta yaşlı kişi 9 bıçaq zərbəsi ilə qətlə yetirilib.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonu, Xudu Muxtarlı küçəsində baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğlu yaşadığı binanın həyətində avtomobilini saxlayarkən onunla qonşusu arasında mübahisə yaranıb. Mübahisə zamanı qonşusu ona 9 bıçaq zərbəsi vurub.

Ş. İsgəndərov ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.