Yaqub Mahmudov: "Azərbaycan tarixi yenidən yazılır"


Sosial 13 Yan 2018 23:10:50 61 0

Yaqub Mahmudov: "Azərbaycan tarixi yenidən yazılır"

“Müxtəlif ölkələrdən Cümhuriyyət tarixinə dair ilk mənbə və arxiv sənədləri gətirilir”

“Ölkə başçısının tapşırığı ilə Azərbaycan tarixi yenidən yazılır. Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib”.

“Report” xəbər verir ki, bunu AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Azərsun Holdinq” şirkətinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyi diskdəki “Ön söz”də deyib.

“2018-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 ili tamam olur. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində olduqca mürəkkəb beynəlxalq şəraitdə yarandı. Yeni yaradılan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etdi. Bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu. Qadınlara kişilərlə bərabər seçki hüququ verildi. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı qəbul olundu, himni və gerbi hazırlandı. Ana dili dövlət dili elan olundu. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk müasir universiteti təsis olundu, təhsil milliləşdirildi, tarixi adlar bərpa edildi. Xarici ölkələrlə qarşılıqlı əlaqələr yaradılmasına başlandı, humanist və sülhsevər siyasət yürüdüldü”, - deyə Yaqub Mahmudov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri idi:

“Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay ömür sürdü. 1920-ci il aprelin 28-də bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində süqut etdi. Xalqımız müstəqil dövlətini öz varlığında, ruhunda yaşatdı. Azadlıq mübarizəsini dayandırmadı. Əsrin əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda – 1991-ci ildə yenidən bərpa olundu. Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı, müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin yaratdı. İstiqlal Bəyannaməsinin elan edildiyi 28 may günü ölkəmizdə Respublika Günü kimi qeyd olunur”.

“Ölkə başçısının tapşırığı ilə Azərbaycan tarixi yenidən yazılır. Tarix İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin tarixini araşdıran ayrıca şöbə fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrindən Cümhuriyyət tarixinə dair ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir. Cümhuriyyət tarixinə dair çoxsaylı sanballı əsərlər, o cümlədən ikicildlik ensiklopediya nəşr edilib”, - deyə akademik bildirib.

Qeyd edək ki, “Azərsun Holdinq” şirkəti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı təqvimlər, bloknot və disk çıxarıb. Təqvimin yanvar ayı Məhəmməd Əmin Rəsulzadə, fevral ayı Fətəli xan Xoyski, mart ayı Əlimərdan bəy Topçubaşov, aprel ayı Nəsib bəy Yusifbəyli, may ayı Həsən bəy Ağayev, iyun ayı Məmməd Yusif Cəfərov, iyul ayı Xəlil bəy Xasməmmədov, avqust ayı Səməd bəy Mehmandarov, sentyabr ayı Əliağa Şıxlinski, oktyabr ayı Xosrov bəy Sultanov, noyabr ayı Aslan bəy Səfikürdski, dekabr ayı isə Üzeyir bəy Hacıbəyova həsr olunub.

Həyat yoldaşının qəlbini fəth etmək üçün açarlar like
  • 13 Yan 23:10  
Digərləri Həyat yoldaşının qəlbini fəth etmək üçün açarlar

Xanımın qəlbini fəth etmək hər bir ailə başçısının əsil hədəfi ol

arrow Ətraflı
Qara və ağ Çikaqo  FOTO like
  • 13 Yan 23:01  
Digərləri Qara və ağ Çikaqo FOTO

Amerikalı fotoqraf Ceyson M.Patterson artıq 25 ildir ki, yaşadığı Çikaqo

arrow Ətraflı
Özünüdərk – xoşbəxtliyə gedən yoldur like
  • 13 Yan 22:55  
Digərləri Özünüdərk – xoşbəxtliyə gedən yoldur

Özünüdərk - əlbət ki, insan üçün ən vacib və ən əhəmiyyətli şeyl

arrow Ətraflı
"Onun təfəkkürü gicgic şüarlardan o tərəfə keçə bilmirdi" like
  • 13 Yan 22:52  
Digərləri "Onun təfəkkürü gicgic şüarlardan o tərəfə keçə bilmirdi"

Azərbaycanın gənc yazarlarından və jurnalistlərindənr olan Kəramət Böy

arrow Ətraflı
Xoşbəxtliyinə 1 addım da yaxınlaş! like
  • 13 Yan 22:50  
Digərləri Xoşbəxtliyinə 1 addım da yaxınlaş!

Xoşbəxt həyatın sirri 18 addımda gizlidir.

arrow Ətraflı
Cavan qocalar və qoca cavanlar like
  • 13 Yan 22:45  
Digərləri Cavan qocalar və qoca cavanlar

İslam məktəbinin verdiyi dərslər: ey cavanlar! Nəsihətimi qəbul edin! Ca

arrow Ətraflı
Dövlət borcu ən aşağı səviyyədə olan like
  • 13 Yan 22:40  
Digərləri Dövlət borcu ən aşağı səviyyədə olan

Dünyada bir çox ölkələr artan borclardan və büdcə kəsirlərdən əziyy

arrow Ətraflı
Mayami istirahətindən fotolar paylaşdı  FOTO like
  • 13 Yan 22:30  
Digərləri Mayami istirahətindən fotolar paylaşdı FOTO

Ötən həftə 21 yaşı tamam olmuş model Hayli Bolduin ABŞ-ın Florida ştat

arrow Ətraflı
Son vaxtların ən məşhur pəhrizi: Su orucu nədir? – like
  • 13 Yan 22:25  
Digərləri Son vaxtların ən məşhur pəhrizi: Su orucu nədir? –

Son zamanlar dünyada yalnız su ilə qidalanaraq pəhriz saxlayanların sayı a

arrow Ətraflı
İranda 4,6 bal gücündə zəlzələ olub like
  • 13 Yan 22:20  
Digərləri İranda 4,6 bal gücündə zəlzələ olub

İranın cənubunda 4,6 bal gücündə zəlzələ baş verib

arrow Ətraflı
Rota virusunun ən çox yayıldığı aylar başlayıb like
  • 13 Yan 22:20  
Digərləri Rota virusunun ən çox yayıldığı aylar başlayıb

Uşaqlarda bağırsaq infeksiyalarına tez-tez rast gəlinir. Ən vaciblərində

arrow Ətraflı
Bir şəxsə yeyilməsi haram olan ət məhsulları hədiyyə veriblərsə... like
  • 13 Yan 22:15  
Digərləri Bir şəxsə yeyilməsi haram olan ət məhsulları hədiyyə veriblərsə...

Bir şəxsə yeyilməsi haram olan və ya şübhəli olan ət məhsulları (kolb

arrow Ətraflı
Lənkəranda naməlum şəxs tərəfindən döyülən qadın dünyasını dəyişib - YENİLƏNİB like
  • 13 Yan 22:15  
Sosial Lənkəranda naməlum şəxs tərəfindən döyülən qadın dünyasını dəyişib - YENİLƏNİB

Qadın xəstəxanaya qapalı kəllə-beyin travması diaqnozu ilə gətirilmişd

arrow Ətraflı
Suyun ortasında olan qəbir  Əbəlfəzl hərəmi like
  • 13 Yan 22:10  
Digərləri Suyun ortasında olan qəbir Əbəlfəzl hərəmi

74 yaşlı Şeyx Abbas, Həzrət Əbülfəzl-Abbas (ə) hərəminin 36 il xadimi

arrow Ətraflı