Prokuror Əfqan Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib
Sosial 12 Yan 2018 11:48:18 355 0
Məhkəmə heyəti müşavirəyə gedib
"Report"un xəbərinə görə, hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında Ə.Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Məhkəmə heyəti müşavirəyə gedib.
Qeyd edək ki, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.
Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.
Səbail Rayon Məhkəməsində Ə.Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb.