Gələn aydan gəlir vergisində kimlərə güzəştlər ediləcək? AÇIQLAMA
Digərləri 29 Dek 2025 10:25:00 80 0
"Gələn aydan etibarən qeyri-neft və qeyri-dövlət sektorunda çalışan vətəndaşlar üçün müəyyənləşdirilmiş fiziki şəxslərin gəlir vergisi ilə bağlı güzəştlərin müddəti başa çatır. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, növbəti ildən etibarən əməkhaqqıları 2500 manatadək olan vətəndaşlardan 3 faiz gəlir vergisi tutulacaq".
Bu xəbəri də oxu: Bu qidaları acqarına qəbul etmək
Son.az xəbər verir ki, bununla bağlı fikirlərini Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşıb. Bəs, özəl sektorda çalışan hansı vətəndaşlarımıza vergi güzəştləri şamil olunacaq?
V.Bayramov qeyd edib ki, məcəlləyə əsasən, bütövlükdə bütün muzdlu işçilərə 200 manat vergi güzəşti tətbiq olunur:
"Yəni, əgər vətəndaşımız özəl sektorda çalışırsa və onun maaşı 1000 manatdırsa, o zaman gələn aydan etibarən onun ödədiyi gəlir vergisi 24 manat olacaq (1000 manat - 200 manat x 3 faiz).
Bununla yanaşı, bir sıra vətəndaşlarımızda güzəşt məbləği daha yüksək müəyyənləşib. Şəhid statusu almış şəxslərin valideynlərinin, həyat yoldaşlarının və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 800 manat məbləğində azaldılır. Yəni, özəl sektorda çalışan həmin vətəndaşlarımız 800 manatadək maaş alırlarsa, heç bir vergi ödəməyəcəklər. 1000 manat maaş aldıqları halda isə cəmi 6 manat (1000 manat - 800 manat x 3 faiz) vergi ödəyəcəklər. Eyni güzəştlər vətən müharibəsi qəhrəmanlarına və milli qəhrəmanlara da şamil olunur.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu Şərqi Zəngəzur və Qarabağda
Türkiyənin Yalova vilayətində İŞİD terror təşkilatına qarşı keçiril
14.12.2025-ci il tarixində 1990-cı il təvəllüdlü pasiyent ağır, huşsuz
Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:
Gələn ildən mənzil bazarında qiymətlərin azalması müşahidə oluna bil�
Əməkdar artist Kubra Əliyeva xəstəliyindən danışıb.
29-30 dekabr tarixlərində Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliq
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrin�
Soyuducuda cəmi bir neçə yumurta və bayramdan qalan bir banka şprot (hisə
Bu mövsüm qat-qat geyinmək küçə stilinin ana qaydasına çevrilib. Düzgü
Ağ sirkə çox vaxt ucuz və təhlükəsiz təmizləyici vasitə kimi təqdim o
Məsləhət görülməyən qida məhsullarının ac qarına qəbul edilməsi 2-c
Dünyada ən çox istifadə olunan içkilərdən biri olan qəhvə təkcə enerj
Son günlər yayılan qrip xəstəliyi şiddətli öskürəyin yayılmasına sə
