Gəncədə həyat yoldaşı ilə mübahisə edən kişi özünü binadan yerə atmaq istəyib - FOTO - VİDEO


Sosial 12 Yan 2018 08:59:32 254 0

Gəncədə həyat yoldaşı ilə mübahisə edən kişi özünü binadan yerə atmaq istəyib - FOTO - VİDEO

O, bu məqsədlə hündürmərtəbəli binanın damına çıxıb

Gəncə şəhərində orta yaşlı kişi 9 mərtəbəli binanın damına çıxaraq intihara cəhd edib.

“Report”un Qərb bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasetmə qüvvələri və polis əməkdaşları intihara cəhdin qeydə alındığı Yeni Gəncə qəsəbəsi, bina 19 ünvanına cəlb olunub.

Nəticədə İsgəndər adlı təqribən 30 yaşlı kişi xilas edilib.