Bakıda tanışını kürəyindən bıçaqlayan şəxs: "Onu öldürmək niyyətim olmayıb"
Sosial 10 Yan 2018 17:55:35 58 0
Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib
Bu xəbəri də oxu: Göygöldə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alan var
“Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
N.Hüseynov elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini deyib.
O, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib: "Aramızda mübahisə oldu. Ona görə də Qalibi bıçaqladım. Onu öldürmək niyyəti ilə vurmamışam".
Daha sonra zərərçəkmiş Qalib Məmmədov dindirilib. O, təqsirləndirilən şəxsi əvvəllər tanıdığını qeyd edib: "Namiqlə tanışlığım var idi. Aramızda əvvəl dava oldu. Sonra məni kürəyimdən bir neçə dəfə bıçaqla vurdu".
Q.Məmmədova təqsirləndirilən şəxsdən şikayətçi olmadığını söyləyib: "Bıçaq yarasından sonra hələ də ağrılarım var. Şikayətçi deyiləm, amma mənim müalicəmə yardım edilməsini istəyirəm".
Prosesdə şahidlər də ifadə verib. Onlar istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini deyiblər.
Hakim məhkəmə istintaqının başa çatdığı elan edib. Dövlət ittihamçısı isə çıxış üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib.
İttiham aktına əsasən, hadisə ötən il avqust ayının 20-də Nizami rayonunda baş verib. N.Hüseynov gecə saat 02:45 radələrində binanın arxa tərəfində tanışı Qalib Məmmədovla rastlaşıb. Bu zaman Q.Məmmədov ona qeyri-rəsmi nikahda yaşadığı qadına qısqandığını bildirərək, onu döyüb. Daha sonra N.Hüseynov yaxınlıqda yerləşən "Qızıl Qaya" kafesinin mətbəxindən bıçaq götürərək, geri qayıdıb. Bir qədər keçəndən sonra o, Q.Məmmədovla yenidən dava edib. N.Hüseynov əvvəlcə onun üzünə əli ilə zərbə endirib, sonra bıçaqla Q.Məmmədovun kürək nahiyyəsinə bir neçə bıçaq vurub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan N.Hüseynovun barəsində 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.
Bakıda narkotik maddələrin satışı ilə məşğul olan keçmiş məhkumdan

"Seysmodayanıqlığın və texniki vəziyyətin monitorinqi üçün Bakıx

Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti qismində ilk

Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti qismində ilk

Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması proses

Tehran meriyası etirazların keçirilməsi üçün xüsusi parkın yaradılmas

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qızını bıçaqlamaqda təq

Feniks Kalen: "İnkişaf etməkdə olan ölkələrin vəziyyətinin çətin olac

"Cocuq Mərcalının bərpası tarixi nailiyyətdir"

2018-ci ildə Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin köçürülməsi

Azərbaycan prezidenti İlham Əliyevin göstərişinə əsasən görkəmli musi

Norveç İnsan Hüquqları Fondunun direktoru Maria Dahle adlı xanım isə AİH

Azərbaycanda dini qurumların yenidən dövlət qeydiyyatına alınması proses
