Bakıda ahıl kişi oğlu tərəfindən döyülüb


Sosial 10 Yan 2018 08:08:14 215 0

Bakıda ahıl kişi oğlu tərəfindən döyülüb

Onun burunu sındırılıb

Bakının Suraxanı rayonunda ata oğlu tərəfindən döyülərək burunu sındırılıb.

"Report" xəbər verir ki, hadisə İlham Şükürov küçəsi 27 ünvanında baş verib.

Belə ki, 1948-ci il təvəllüdlü Əsgərov İdris Səfər oğlu oğlu ilə mübahisə edib. Mübahisə zamanı o, döyülüb. Üz və bədən nahiyələrindən xəsarət alan İ.Əsgərov 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Həkimlər onun burun sümüyünün sındığını bildirib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.