Bakıda ahıl kişini avtomobil vurub - FOTO


Sosial 10 Yan 2018 01:23:50 255 0

Bakıda ahıl kişini avtomobil vurub - FOTO

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Bakıda ahıl kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Zabrat qəsəbəsində yolu keçmək istəyən 1959-cu il təvəllüdlü Mehbalıyev Qələndər Mahmud oğlunu "Mercedes" markalı minik avtomobili vurub.

Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.