Gəncədə sürücü sükan arxasında infarkt keçirərək qəza törədib


Sosial 08 Yan 2018 17:40:50 275 0

Gəncədə sürücü sükan arxasında infarkt keçirərək qəza törədib

Faktla bağlı araşdırma aparılır

Gəncə şəhərində sükan arxasında infarkt keçirən sürücü qəza törədib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1962-ci il Faiq Muradov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Gəncə Dövlət Universitetinin yataqxanasının qarşısındakı hasara çırpılıb. 

Onun ürək xəstəliyindən əziyyət çəkdiyi və sükan arxasında infarkt keçirərək dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.