Gürcüstanda Milad bayramı qeyd olunur


Sosial 06 Yan 2018 23:20:13 308 0

Gürcüstanda Milad bayramı qeyd olunur

Bayramla əlaqədar evlərdə süfrələr açılıb, müxtəlif ayinlər icra olunur

Yanvarın 6-da Gürcüstanda pravoslav xristianları İsa peyğəmbərin (ə) mövlud gününü – Milad bayramını təntənə ilə qeyd etməyə başlayıblar.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bayramla əlaqədar evlərdə süfrələr açılıb, saat 23:00-dan başlayaraq pravoslav məbədlərində bayram mərasimi keçirilir, müxtəlif ayinlər icra olunur.

Bütün Gürcüstanın katolikos-patriarxı II İliya Müqəddəs Troitsa kilsəsində ruhanilərlə görüşüb, dualar oxunub. Patriarx əhalini Milad bayramı münasibətilə təbrik edib.

Pravoslav xristianlarının Milad bayramı yanvarın 7-də “Alilo” adlı bayram yürüşü ilə davam edəcək.

Tbilisidəki mərkəzi meydanda başlanan ənənəvi “Alilo” yürüşü Müqəddəs Troitsa kilsəsində başa çatacaq.