Rusiya vətəndaşı Qaxda bibisinin yas mərasimində bıçaqlanıb
Sosial 06 Yan 2018 15:49:00 295 0
Faktla bağlı araşdırma aparılır
Qax rayonunda 47 yaşlı kişi bıçaqlanıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında şəhər ərazisində qeydə alinib.
Belə ki, Rusiya vətəndaşı, 1971-ci il təvəllüdlü Amiran İosif oğlu Suxaşvili bibisinin yas mərasimində qohumu tərəfindən bıçaqlanıb. Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mənbə: report.az