Tbilisi məhkəməsi Mixeil Saakaşvilini 3 il müddətinə azadlıqdan məhrum edib
Sosial 05 Yan 2018 11:31:00 230 0
Keçmiş prezident bankir Sandro Qirqvlianinin qətlində günahlandırılan şəxslərin qanunsuz olaraq azadlığa buraxılmasında təqsirli bilinib
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, sabiq dövlət başçısı ilə bağlı qərar hakim Georgi Arevadzenin sədrliyi ilə baxılan prosesin sonunda elan olunub.
M.Saakşvili bankir Sandro Qirqvlianinin qətlində günahlandırılan şəxslərin qanunsuz olaraq azadlığa buraxılmasında təqsirli bilinib.
İttiham aktına görə, M.Saakaşvili Konstitusiya Təhlükəsizliyi İdarəsinin o vaxtkı rəisi Date Axalya ilə qanunsuz əlaqəyə girərək, bankirin qətlinə görə mühakimə olunanların vaxtından əvvəl azad edilməsinə hüququ əsas hazırlayıb və həmin şəxslər şərti cəza almaqla azadlığa buraxılıblar.
Keçmiş prezident ölkə Cinayət Məcəlləsinin səlahiyyətdən sui-istifadə maddəsi üzrə ittiham olunub və qiyabi olaraq mühakimə edilib.