Azərbaycanda marketə hücum olub, 1 nəfər ölüb 4 nəfər yaralanıb - TƏFƏRRÜAT
Sosial 05 Yan 2018 10:45:33 254 0
Baş verən hadisə ilə bağlı cinayət işi başlanılıb
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Dəliməmədli şəhərində yerləşən "Kral" marketə bir qrup şəxs hücum edib. Bu zaman marketin əməkdaşları ilə hücum edən şəxslər arasında mübahisə yaranıb. Mübahisə zamanı marketə hücum edən şəxslər oradakı əməkdaşlardan 5 nəfərini bıçaqlayıblar. Bıçaqlanan şəxslərdən bir - Dəlməmmədli şəhər sakini, 1996-cı il təvəllüdlü Zülfüqar Əbili oğlu Cəbrayılov Abbas Səhhət adına Xəstəxanaya aparılarkən yolda ölüb, ağır bıçaq yarası alan 4 nəfər - 1995-ci il təvəllüdlü Hətami Anar Azad oğlu, 1993-cu il il Nicat Əliyev, 1995-ci il təvəllüdlü Zeynələbdin Həsənov və 1993-cü il təvəllüdlü Fəxrəddin Məmmədov Gəncə şəhərindəki xəstəxanalara yerləşdiriliblər.
Məlumata görə, hadisə marketə hücüm edən şəxslərdən birinin orada işləyən xanıma əxlaqsız təklif etməsi üstündə baş verib.
Hadisəni Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Rəvan Şəfran oğlu İsmayılov bir neçə nəfərlə əlbir olaraq törədib.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda 120.2.1, 120.2.2 və 29, 120.2.7-ci maddələrlə cinayət işi başlanıb və araşdırma davam etdirilir.