Bakıda naməlum şəxslər pul tələb etdikləri fəhləni döyüblər


Sosial 05 Yan 2018 02:06:54 374 0

Bakıda naməlum şəxslər pul tələb etdikləri fəhləni döyüblər

Naməlum şəxslər ondan üzərində olan 500 manatın verilməsini tələb ediblər

Bakıda naməlum şəxslər pul tələb etdikləri fəhləni döyüblər.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonunda baş verib.

"Qanlı göl" massivində 1997-ci il təvəllüdlü Kərimov Ağa Manaf oğlu işdən çıxaraq evinə gedərkən onun qarşısını 3 naməlum şəxs kəsib. Həmin şəxslər A.Kərimovdan üzərində olan 500 manatı onlara verməsini tələb ediblər. O, bununla razılaşmayanda həmin şəxslər A.Kərimovu ölümcül döyublər. 

Nəticədə A.Kərimov qapalı kəllə-beyin travması və butun sümüyünün sınığı xəsarətləri alıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, A.Kərimov yaxınlıqdakı binada aparılan tikinti işində fəhlə kimi çalışır.