Sabirabadda kabel oğruları saxlanılıb


Sosial 04 Yan 2018 18:20:53 226 0

Sabirabadda kabel oğruları saxlanılıb

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir

Sabirabad rayonunda kabel oğruları saxlanılıb. 

Bu barədə “Report”un Aran bürosuna DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, ötən il Sabirabad rayonunun Rüstəmli kəndində yerləşən “Yeni Zəngilan” qəsəbəsində elektrik enerjisi olmayan dirəklərdəki alüminium məftillər naməlum şəxslər tərəfindən oğurlanıb.

Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zəngilan rayon Pirveyis kənd sakinləri Maqsud Məmmədov, Möhlət Məmmədov və həmin rayonun Kolqışlaq kənd sakini Rəhim Cəfərquliyev saxlanılaraq istintaqa təqdim olunublar.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.