Qobustanda baş verən yanğında azyaşlı bacı və qardaş yanaraq ölüb


Sosial 04 Yan 2018 15:18:45 296 0

Qobustanda baş verən yanğında azyaşlı bacı və qardaş yanaraq ölüb

Yanğın zamanı 1 nəfər azyaşlı yanıq xəsarətləri alıb

Qobustanda baş verən yanğında azyaşlı bacı və qardaş yanaraq ölüb. 

"Report" FHN-in saytına istinadən xəbər verir ki, rayonun Qaracüzlü kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb. 

Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Babaşov Vidadi Zəkəriyyə oğlu və 2016-cı il təvəllüdlü Babaşova Zəhra Zəkəriyyə qızının yanmış meyitləri aşkar olunub. Yanğın zamanı 1 nəfər azyaşlı (2011-ci il təvəllüd) yanıq xəsarətləri alıb. 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.