Abşeronda maşın bir piyadanın üzərindən keçib, digərini vuraraq kənara atıb - FOTO


Sosial 04 Yan 2018 08:05:41 294 0

Abşeronda maşın bir piyadanın üzərindən keçib, digərini vuraraq kənara atıb - FOTO

Birinci zərərçəkən hadisə yerinə ölüb

Xırdalan-Saray yolunda 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, "Mercedes" markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən onun qarşısına 1960-ci il təvəllüdlü Əzimov Oqtay Əzim oğlu və 1973-cü il təvəllüdlü Həmidullayev Rahil Əlisafa oğlu çıxıb.

Bu zaman sürücü əyləci basmağa macal tapmayaraq avtomobil ilə O.Əzimovun üzərindən keçib, R.Həmidullayevi isə vuraraq kənara atıb. Nəticədə O.Əzimov hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan R.Həmidullayev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb edilib. Sürücü saxlanılıb.

Piyadalar yaxınlıqdakı zavodda fəhlə işləyirmiş. Onlar hadisə vaxtı işdən çıxaraq evlərinə gedirmişlər.