Gəncədə 27 yaşlı kişi bıçaqlanıb


Sosial 02 Yan 2018 22:17:41 304 0

Gəncədə 27 yaşlı kişi bıçaqlanıb

Yaxınları onun yaşadığı evdə yıxılaraq xəsarət aldığını bildirib

Gəncədə yerli sakin bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini 27 yaşlı Asif Bəxdiyar oğlu Hüseynov kürək nahiyəsindən daxilə keçən bıçaq yarası alaraq ağır halda xəstəxanaya aparılıb. Həkimlər tərəfindən əməliyyat edilərək reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır olaraq qalır.

Yaxınları onun yaşadığı evdə yıxılaraq xəsarət aldığını bildirib. Lakin fakt hüquq - mühafizə orqanları əməkdaşları tərəfindən araşdırılır.