Nazirlikdən xəbərdarlıq Güclü qrip dalğası gəlir


Digərləri 24 Dek 2025 15:24:00 79 0

Nazirlikdən xəbərdarlıq  Güclü qrip dalğası gəlir

"Havaların kəskin soyuduğu qış ayları epidemioloji cəhətdən əsasən hava-damcı üsulu ilə ötürülən qrip və digər kəskin respirator virus imfeksiyalarının yayılması üçün əlverişli şərait hesab olunur". 

Bu xəbəri də oxu: Sumqayıtda TIR aşdı

Son.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb. 

Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin əhaliyə müraciətində fəsli qrip infeksiyasına yoluxma hallarında müəyyən artımların olduğu bildirilir: 

"Adətən qrip infeksiyasına yoluxma hallarının artması payız-qış  mövsümündə rast gəlsə də,  yoluxmanın pik həddi məhz dekabr-fevral aylarına təsadüf edir. İnfeksiyanın yayılmasının artması bir neçə səbəbdən irəli gəlir. Belə ki, soyuq temperaturlu havada insanlar daha çox qapalı məkanlarda toplanır, otaqların daxilində olan istinin xaricə ötürülməsini azaltmaq üçün pəncərələr çox az hallarda açılır. Və beləliklə, havalandırma vasitəsilə virusun kənarlaşdırılması qənaətbəxş olmur. Digər tərəfdən bağlı məkanlarda insanların yaxın məsafələrdə sıx təmasları qaçılmaz olur ki, bu da yoluxmanın daha asan baş tutmasına gətirib çıxarır. Onu da qeyd etmək lazımdır ki, otaqların müxtəlif üsullarla isidilməsi zamanı daxildə rütubət azalır və quru havada viruslar daha uzun müddət asılı vəziyyətdə havada qala bildiyindən hətta nisbi uzaq məsafələrdə belə yoluxma reallaşa bilir".

Nazirliyin mütəxəssis-eksperti qeyd edib ki, qarşıda qış tətili, bayram günləri gəlir və istər böyüklərin, istərsə də uşaqların istirahət, əyləncə mərkəzlərində çox sayda  toplanması bu dövrdə qrip infeksiyasına yoluxan şəxslərin sayının artmasına səbəb ola bilər:

"Tətil və bayram günlərində əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər yayınmaq tövsiyə olunur. Bu mümkün olmadığı təqdirdə, xəstəlik əlamətləri olan insanlarla təmas zamanı həm özümüz, həm də xəstə şəxs maskadan istifadə etməlidir. Virusların quru səthlərdə bir müddət yaşaya bilməsi və asqıraq-öskürək, əllə toxunma nəticəsində əşyaların çirklənməsi virusun ötürülməsində müəyyən rol oynadığından əllərimizi ağzımıza və gözlərimizə vurmamağa çalışmalı, qida qəbulundan əvvəl ən azı 20 saniyə müddətində əllərimizi sabunla yumaq lazımdır. Xəstə şəxsləri mümkün qədər kollektivə buraxmamalı və imkan olduqda qapalı yerdə izolə etmək lazımdır".

Bundan başqa qeyd edib ki, qidalanmaya diqqət edilməldir. İzah edib ki, qış fəslində təbii olaraq zəifləmiş immunitetin bərpası və güclənməsi üçün qida maddələrinin tərkibində vitamin-minerallar yetərli qədər olmalıdır. Havaların dəyişkən keçməsi səbəbindən düzgün geyim seçimi çətinləşir və bu zaman soyuqdəymə arzu olunan deyil, immuniteti zəiflədə bilər. Ona görə hava proqnozuna baxaraq düzgün geyim seçilməlidir. 

"Qeyd etdiyimiz bütün bu tədbirlər qeyri-spesifik olub bütün növ kəskin respirator virus infeksiyaları üçün keçərlidir". 

T.Eyvazov bildirib ki, bu viruslar arasında daha ağır, fəsadlı gedişi və əlverişsiz nəticələri ilə seçilən məhz qrip virusunun spesifik profilaktikasını, yəni ona qarşı vaksinasiyanı yaddan çıxarmaq olmaz:

"Qripə qarşı vaksinasiya olunanlar yoluxduqda ya xəstələnmir, yəni infeksiyanın asimptomatik variantını keçirir, ya da xəstələnərsə də belə xəstəliyi yüngül, fəsadsız keçirir, qısa müddət ərzində sağalır, virusu daha az insanlara ötürür. Ona görə hazırda Səhiyyə Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş və kifayət qədər effektiv və təhlükəsiz olan qripə qarşı vaksinlə peyvənd olunmaq tövsiyə olunur. Bu peyvəndlər yaşayış və iş yeri ərazisində xidmət  göstərən ambulator-poliklinik tibb müəssisələrində mövcuddur və müraciət olunan şəxslər ödənişsiz olaraq peyvənd olunurlar.  Bu sadə qaydalara əməl etməklə tətil və bayram günlərində həm özümüzü, həm də yaxınlarımızı qoruya bilərik. Bu işdə  hər birimizin məsuliyyətli olması, ümumilikdə yoluxma hallarının azalmasına, səbəb olacaq".

Mina Mikayılova Son.az

Xəstəlik geni yaradır  Hər gün istəmədən biraz yeyirik like
  • 24 Dek 15:00  
Digərləri Xəstəlik geni yaradır Hər gün istəmədən biraz yeyirik

Mikroplastik nəsil sağlamlığını dəyişdirir.

arrow Ətraflı
Azərbaycan benzini Ermənistanda satışa çıxarıldı  1,93 AZNə like
  • 24 Dek 14:56  
Digərləri Azərbaycan benzini Ermənistanda satışa çıxarıldı 1,93 AZNə

Dekabrın 23-dən etibarən Azərbaycan istehsalı olan benzin Ermənistanda sat

arrow Ətraflı
"50 yaşında ərə getmək istəyirəm" like
  • 24 Dek 14:46  
Şou-biznes "50 yaşında ərə getmək istəyirəm"

Müğənni Aytac Vidadiqızının şəxsi həyatı ilə bağlı açıqlaması 

arrow Ətraflı
İbrahim Babayevin müəllifi və solisti olduğu “MughaMix” adlı təqdimatkonserti keçirilib like
  • 24 Dek 14:40  
Kriminal İbrahim Babayevin müəllifi və solisti olduğu “MughaMix” adlı təqdimatkonserti keçirilib

Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında

arrow Ətraflı
Sinan Akçılla bağlı məhkəmə qərar verdi like
  • 24 Dek 14:38  
Şou-biznes Sinan Akçılla bağlı məhkəmə qərar verdi

Türkiyəli müğənni Sinan Akçıl 10 il ərzində ödənilməyən dayanacaq v

arrow Ətraflı
Ermənistanda vəzifəli şəxslər saxlanıldı like
  • 24 Dek 14:36  
Dünya Ermənistanda vəzifəli şəxslər saxlanıldı

Ermənistanda sabiq vəzifəli şəxslər saxlanılıb.

arrow Ətraflı
Xərçəngə qalib gəlib şəhid qardaşının məzarını ZİYARƏT ETDİ like
  • 24 Dek 14:35  
Digərləri Xərçəngə qalib gəlib şəhid qardaşının məzarını ZİYARƏT ETDİ

Şəhid leytenant Qabil Orucəliyevin qardaşı İsa Orucəliyev ağır xəstəl

arrow Ətraflı
Milli maraqlardan qlobal nüfuza: Prezident İlham Əliyevin liderlik yolu like
  • 24 Dek 14:24  
Siyasət Milli maraqlardan qlobal nüfuza: Prezident İlham Əliyevin liderlik yolu

Dövrünün parlaq siyasi lideri, təcrübəli dövlət xadimi, Azərbaycan xalq

arrow Ətraflı
Oyuncaq aldı, sistem içki və tütün məhsulu kimi tanıdı – ƏDVni qaytarmadı like
  • 24 Dek 14:23  
Digərləri Oyuncaq aldı, sistem içki və tütün məhsulu kimi tanıdı – ƏDVni qaytarmadı

Bakıda fəaliyyət göstərən mağazalardan birində alıcı maraqlı vəziyy�

arrow Ətraflı
KasımJomart Tokayev Prezident İlham Əliyevə zəng edib like
  • 24 Dek 14:06  
Siyasət KasımJomart Tokayev Prezident İlham Əliyevə zəng edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də

arrow Ətraflı
Sumqayıtda TIR aşdı like
  • 24 Dek 13:58  
Digərləri Sumqayıtda TIR aşdı

Sumqayıt şəhərində ağırtonnajlı yük maşını qəzaya uğrayıb.

arrow Ətraflı
FHNin mayoru vəfat etdi like
  • 24 Dek 13:45  
Digərləri FHNin mayoru vəfat etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı dünyasını dəyişib.

arrow Ətraflı
Türkiyədə həbslərin "yeni dalğası"  Yenə xeyli tanınmış saxlanıldı like
  • 24 Dek 13:30  
Digərləri Türkiyədə həbslərin "yeni dalğası" Yenə xeyli tanınmış saxlanıldı

İstanbul Baş Prokurorluğu tərəfindən narkotik ilə bağlı aparılan isti

arrow Ətraflı
Qalmaqallı aparıcının aylıq gəliri üzə çıxdı like
  • 24 Dek 13:00  
Şou-biznes Qalmaqallı aparıcının aylıq gəliri üzə çıxdı

Narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində həbs edilə

arrow Ətraflı