Xəstəlik geni yaradır Hər gün istəmədən biraz yeyirik
Digərləri 24 Dek 2025 15:00:00 69 0
Mikroplastik nəsil sağlamlığını dəyişdirir.
Son.az xəbər verir ki, Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, mikroplastiklərlə təmasda olan siçanların erkək fərdlərində spermanın tərkibi dəyişir və bu, onların nəslində metabolik pozğunluqların yaranma riskini artırır.
Araşdırmanın nəticələri "Journal of the Endocrine Society" jurnalında dərc olunub.
Təcrübələr göstərib ki, mikroplastiklərlə təmas yalnız erkək siçanlarda çəki artımı və ya metabolik problemlərə səbəb olmur, həm də onların nəslində, xüsusilə dişi balalarda, diabet və digər metabolik xəstəliklərin inkişafına gətirib çıxara bilər. Dişi nəslin qaraciyərində qan şəkəri tənzimləyən və iltihabla bağlı genlərin fəaliyyəti artmışdır. Erkək nəslində bu dəyişikliklər minimal olub.
Alimlər bildirirlər ki, təsir DNT zədələnməsi ilə bağlı deyil. Mikroplastik spermadakı kiçik RNT molekullarını dəyişdirərək erkəkdən nəsilə ötürülən gen ifadəsini idarə edir və erkən embrion inkişafını "yenidən proqramlaşdırır".
Araşdırma heyvanlarda aparılsa da, nəticələr plastik çirklənməsinin həm fərdi, həm də nəsillərarası sağlamlıq üçün təhlükə yarada biləcəyini göstərir.
Qeyd edək ki, mikroplastiklər ölçüsü çox kiçik olan plastik hissəciklərdir, adətən 5 millimetrdən kiçik olurlar. Onlar plastik əşyaların parçalanması nəticəsində yaranır və su, torpaq, hava kimi ətraf mühitdə geniş yayılır. İnsanlar və heyvanlar bu hissəcikləri içməli su, qida və havadan qəbul edə bilirlər.
İsmayıl Son.az
Dekabrın 23-dən etibarən Azərbaycan istehsalı olan benzin Ermənistanda sat
Müğənni Aytac Vidadiqızının şəxsi həyatı ilə bağlı açıqlaması
Azərbaycan Milli Konservatoriyasının Fikrət Əmirov adına böyük zalında
Türkiyəli müğənni Sinan Akçıl 10 il ərzində ödənilməyən dayanacaq v
Şəhid leytenant Qabil Orucəliyevin qardaşı İsa Orucəliyev ağır xəstəl
Dövrünün parlaq siyasi lideri, təcrübəli dövlət xadimi, Azərbaycan xalq
Bakıda fəaliyyət göstərən mağazalardan birində alıcı maraqlı vəziyy�
Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev dekabrın 24-də
İstanbul Baş Prokurorluğu tərəfindən narkotik ilə bağlı aparılan isti
Narkotik maddələrlə bağlı aparılan istintaq çərçivəsində həbs edilə
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq&qu
"WhatsApp" messencerinin Rusiyada mövcud qanunvericilik tələblərin
