Xızıda 159 ədəd partlamamış hərbi sursat aşkar edilib


Sosial 29 Dek 2017 02:12:30 434 0

Xızıda 159 ədəd partlamamış hərbi sursat aşkar edilib

Nəticə etibarilə 201 300 kv.m (20.13 ha) ərazi yoxlanılıb

Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, dekabrın 28-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 159 ədəd partlamamış hərbi sursat (PHS), 202 ədəd partlamış-yanmış mərmi qalıqları və 1259 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 201 300 kv.m (20.13 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 107 gün ərzində 24 241 ədəd partlamamış hərbi sursat (PHS), 15 944 ədəd partlamış-yanmış sursat qalıqları və 91 330 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 77 121 993 kv.m (7 712 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 10 422 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.