Heydər Əliyev prospektində avtomobil dirəyə çırpılıb, 2 nəfər yaralanıb
Sosial 29 Dek 2017 01:42:06 10014 0
Hadisə avtomobil Bakıxanov qəsəbəsinə dönən yolda baş verib
Bakının Sabunçu rayonu ərazisində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report” xəbər verir ki, Heydər Əliyev prospekti ilə hərəkətdə olan və Eyvazzadə Türk Elmar oğlunun idarə etdiyi "Lada Priora" markalı avtomobil Bakıxanov qəsəbəsinə dönən yolda arakəsməyə çırpılıb.
Nəticədə avtomobildə olan sərnişin əl nahiyəsindən sınıq xəsarətləri alıb. Sürücüyə yerində tibbi yardım göstərilib.
Əraziyə yol polisiəməkdaşları cəlb edilib. Sürücü Sərxoşluğun Yoxlanılması Mərkəzinə aparılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Mənbə: report.az